AzQAC-ın prezidenti Novruz Aslanov İsmayıllı rayonunda vətəndaşları qəbul edib
Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın prezidenti Novruz Aslanov İsmayıllı rayonunda vətəndaşları qəbul edib
31 iyul 2025-ci il tarixində Milli Məclisin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruzəli Aslanov İsmayıllı rayonunun Xanagah kəndində sakinlərlə növbəti görüş keçirib. Görüş zamanı vətəndaşların sosial yönümlü problemləri və şəxsi müraciətləri dinlənilib. Novruzəli Aslanov səsləndirilən məsələləri diqqətlə qeydə alaraq, onların həlli üçün aidiyyəti qurumlara müraciət ediləcəyini bildirib. Bəzi məsələlər yerində həllini tapıb.