AzQAC-ın Gəncədə təşkil etdiyi ilk yardım təlimi

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın Gəncədə təşkil etdiyi ilk yardım təlimi
 First aid training organized by the Azerbaijan Red Crescent Society in Ganja

2025-ci il iyul ayının 31-də Gəncə şəhərində ilk yardım təlimi üzrə tədbir keçirilib. Tədbir AzQAC Gəncə regional mərkəzinə daxil olan 8 rayon bölməsini əhatə edib. Təlim Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) təşkilatçılığı ilə reallaşdırılıb və iştirakçılar üçün həm nəzəri, həm də praktiki biliklərin aşılanması baxımından böyük əhəmiyyət daşıyaraq, ilk yardım mövzusunu tam olaraq əhatə edib. Təlim sessiyaları AzQACn  ilk yardım üzrə təlimçiləri Şahin Biləndərli və Fidan Mehdiyeva tərəfindən aparılıb.

Tədbirin açılışında Sağlamlıq və Qayğı şöbəsinin müdiri Səbinə Məhbubiran tərəfindən tədbirin məqsədi və gözlənilən nəticələri təqdim olunub. İştirakçılara qeyd edilmişdir ki, fürsətdən istifadə edərək  ilk yardım biliklərinin xatırlanması, mövcud vəziyyətin şərh olunması, eyni zamanda mövzuların yenidən təqdim olunması və  gələcək təlimlərin müzakirəsi nəzərdə tutulub. 

Sonra təlimin əsas mövzusu olan ilk yardım hissəsində mövzular ətrafında geniş məlumat təqdim olunub. Təlimçilər əvvəlcədən nəzərdə tutulmuş mövzularla bağlı, əhatəli şəkildə izahlar verib, eyni zamanda praktiki məşğələlər keçiriblər. Beləliklə, təlimçilər tərəfindən iştirakçılara sınıqlar, yanıqlar, qanaxmalar, qıcolmalar,  suda boğulma və istivurma kimi vacib mövzular təqdim edilib.

Təlimdə ümumilikdə 20 nəfər iştirak edib, onlardan 2 nəfəri peşəkar təlimçi qismində çıxış edib. Təlim interaktiv formatda həyata keçirilib. İştirakçılar arasında fəal müzakirələr aparılıb, sual-cavab sessiyaları keçirilib.

Təlimin sonunda keçirilmiş rəy sorğusunun nəticələrinə əsasən, iştirakçılar tədbirdən məmnun qalmış və bu səpkidə maarifləndirici sessiyaların mütəmadi keçirilməsinin vacibliyini qeyd ediblər.