2025-ci il 1 avqust tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) prezidenti, millət vəkili Novruz Aslanov Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş ofisində Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi (AQDİM) İdarə Heyətinin sədri Fuad Rəsulovu qəbul edib. Görüş zamanı tərəflər ölkədə könüllü qan donorluğunun təşviqi, humanitar əməkdaşlıq və ictimai səhiyyənin gücləndirilməsi istiqamətində görüləcək gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Qızıl Aypara Cəmiyyətinin prezidenti Fuad Rəsulovun bu sahədəki xidmətlərini yüksək qiymətləndirərək ona Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Fəxri Fərmanını təqdim edib.
Tədbir çərçivəsində
Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin nümayəndələri də çıxış edərək
iki qurum arasında mövcud əməkdaşlığın uğurlarından danışıblar. Onlar Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanovun Mərkəzin fəxri üzvü seçilməsini
vurğulayıblar.
Görüş
qarşılıqlı təşəkkür və xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.