07 avqust 2025-ci il
tarixində Milli Məclisin deputatı Novruz Aslanov İsmayıllı rayonunda növbəti dəfə
seçiciləri ilə görüş keçirib. Bu dəfəki qəbul rayonun Qalınçaq kəndində baş
tutub. Görüşdə yaxınlıqda yerləşən Göytəpə kəndinin sakinləri də iştirak
ediblər. Tədbirin gedişində vətəndaşları narahat edən
sosial yönümlü məsələlər və şəxsi müraciətlər müzakirə olunub. Novruz Aslanov
sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri
qeydə alıb və onların həlli məqsədilə müvafiq qurumlar qarşısında məsələ
qaldıracağını bildirib.