AzQAC prezidenti İsmayıllıda növbəti görüş keçirib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC prezidenti İsmayıllıda növbəti görüş keçirib
 The President of the Azerbaijan Red Crescent Society and MP, Dr Novruz Aslanov, held another regular meeting in the Ismayilli district.

21 avqust 2025-ci il tarixində Milli Məclisin deputatı Novruz Aslanov İsmayıllı rayonunda növbəti dəfə seçiciləri qəbul edib.

Novruz Aslanov bu dəfə vətəndaşları İsmayıllı şəhərində yerləşən ofisində qəbul edib. Görüşdə şəhər sakinləri, o cümlədən şəhid ailələri, qazilər, Vətən müharibəsinin veteranları da iştirak ediblər.

Səmimi şəraitdə keçən qəbulun gedişində Novruzəli Aslanov vətəndaşlar tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alaraq onların həlli məqsədilə müvafiq tədbirlərin görüləcəyini bildirib.