‘’İlk Yardım və İlk Psixoloji Yardım/Psixososial dəstək’’ mövzularında təlim keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / ‘’İlk Yardım və İlk Psixoloji Yardım/Psixososial dəstək’’ mövzularında təlim keçirilib

2025-ci il 27–29 avqust tarixlərində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Baş ofisində Qarabağ İqtisadi Regionunun rayon bölmələrindən olan 20 könüllü üçün ‘’İlk Yardım və İlk Psixoloji Yardım/Psixososial dəstək’’ üzrə təlim təşkil olunub.

Təlimdə AzQAC-ın vitse-prezidenti Qafar Əsgərzadə çıxış edərək, bu cür təlimlərin iştirakçıların bilik və bacarıqlarının inkişafında mühüm rol oynadığını vurğulayıb. O, iştirakçıların ünvanladığı sualları cavablandırıb, faydalı məsləhətlərini bölüşərək onların gələcək fəaliyyətində daha səmərəli olmasına dəstək olub.

Üç gün davam edən təlimin proqramına həm nəzəri, həm də praktiki məşğələlər daxil  idi:                                                                              
• İlk yardımın əsas anlayışları, məqsədləri və qaydaları – insan anatomiyası, tənəffüs, qan damar, sinir və digər əsas sistemlər;
• Hadisə yerinin yoxlanması və zərərçəkmişlərin müayinəsi – huşu özündə olan, olmayan, nəfəs alan və almayan şəxslərə ilkin yardım, ürəyin dolayı massajı və süni nəfəs;                                 
• Qanaxmalar, sınıqlar, yanıqlar, zədələnmələr və şok hallarında ilk yardım;
• Zəhərlənmələr və qəfil xəstəliklərdə davranış – astma, insult, ürək infarktı, epilepsiya, diabet;
•İstivurma   və     soyuğun        təsiri;                                                                ;
• Psixoloji İlk Yardım (PFA) və Psixososial Dəstək (MHPSS) – psixososial dəstək və sosial inkişafın mahiyyəti, əsas prinsiplər, PFA prinsipləri (“Bax, Dinlə, Birləşdir”), ünsiyyət və empatiya bacarıqları, həssas qruplarla iş;
• Özünə kömək və özünə qayğı (self-care) texnikaları, ixtisaslaşmış yardıma yönləndirmə.

Təlim boyu interaktiv metodlardan geniş istifadə olunub: sual-cavab sessiyaları, qrup müzakirələri, “doğru və yanlış” yanaşmaları, praktik nümunə və rol oyunları könüllülərin fəal iştirakını təmin edib.

Təlim Sağlamlıq şöbəsinin müdiri/İcraçı Katibin müavini Səbinə Məhbubi-İran, Həkim-məsləhətçi Şahin Biləndərli, Qarabağ Regional Mərkəzinin (RM) koordinatoru Afaq Hüseynzadə və Sumqayıt RM əməkdaşları Lalə Cəlilzadə və Vəfa Zərbəliyevanın təşkilatçılığı ilə həyata keçirilib.

Tədbirin sonunda könüllərə İştirakçı Sertifikatları təqdim edilib.