Azərbaycan Qızıl Aypara Cəmiyyəti Trend İnformasiya Agentliyini 100 illik yubiley medalı ilə təltif edib

Əsas səhifə / XƏBƏRLƏR / Azərbaycan Qızıl Aypara Cəmiyyəti Trend İnformasiya Agentliyini 100 illik yubiley medalı ilə təltif edib
 Azerbaijan Red Crescent Society awards Trend News Agency with a medal in honour of the 100th anniversary of the Azerbaijan Red Crescent Society

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov  Trend İnformasiya Agentliyinin direktoru İlqar Hüseynova Cəmiyyətin 100 illik yubiley medalını təqdim edib.                                                                                                                           

Novruz Aslanov  ən xoş arzularla dərin hörmət və ehtiramını ifadə edərək, Trend-i Azərbaycan Qızıl Aypara Cəmiyyətinin çoxsaylı üzvləri və öz adından 30 illik yubiley münasibətilə təbrik edib. 

"Azərbaycan azad sözə plüralizma, əxlaqi-mənəvi maarifləndirməyə, ümummilli maraqların ifadəsinə, dürüst gündəlik xəbərlərə olan tələbat Milli mətbuatımız tərəfindən ödənilir. Müstəqil tərəfsiz, qərəzsiz, doğru dürüst informasiyanın operativ çatdırılması, həmçinin, dözümlülük, rəngarənglik və başqalarından fərqlənməyi özünün əsas prioriteti kimi qəbul edən "Trend İnformasiya Agentliyi bu illər ərzində oxucuların dərin rəğbətini qazanıb. Ən xoş arzularla dərin hörmət və ehtiramını ifadə edərək, Sizi və kollektivinizi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin çoxsaylı üzvləri və şəxsən öz adımdan fəaliyyətinizin 30 illik Yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizin agentliyin keçdiyi şərəfli yol müasir Azərbaycan mediası tarixində xüsusi çəkisi olan qurum olaraq, yeni fəaliyyətə başlayan elektron kütləvi informasiya vasitələri üçün bir örnəkdir. Məsuliyyətlə və fəxrlə deyə bilərik ki, Sizin fəaliyyətinizdə nəinki Azərbaycan, bütövlükdə Xəzər regionunun xiyasi, iqtisadi, sosial və s. Cənubi Qafqaz və Mərkəzi Asiya ilə bağlı xəbərlər operativ olaraq işıqlandırılır və dünya arenasına çıxması üçün bir etibarlı mənbə rolunu oynayır. Əminəm ki, qarşılıqlı işgüzar əməkdaşlığımız bundan sonra daha da inkişaf edəcək. Sizi və kollektivinizi bir daha bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edir, hamınıza möhkəm can sağlığı, uzun ömür, milli mətbuatımızın inkişafı naminə apardığınız şərəfli işinizdə tükənməz enerji və yeni-yeni uğurlar arzulayıram", - o, qeyd edib.