AzQAC-ın avqust ayı üçün silsilə “su paylama” aksiyası

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın avqust ayı üçün silsilə “su paylama” aksiyası
 The Azerbaijan Red Crescent Society's series of water distribution campaigns in August

2025-ci il avqust ayı ərzində Respublikanın müxtəlif bölgələrində Qızıl Aypara Cəmiyyətinin təşəbbüsü ilə "İstidən qorunun – sağlam qalın!" adlı maarifləndirici kampaniya həyata keçirilib. Qeyd olunan aksiyalar QAC Abşeron, Bərdə, Göyçay, Gədəbəy, Ağcabədi rayonlarında baş tutub. Yay aylarında artan temperaturun nəticəsində isti hava dalğalarının insan sağlamlığı üçün yaratdığı ciddi təhlükə ilə bağlı sakinlərə maarifləndirici bukletlər və sərin sular paylanılmaqla yanaşı, onlara dəyərli tövsiyyələr veriblər.

Tədbirlərdə xatırladılıb ki, isti havalarda sağlam qalmaq hər bir insanın üzərinə düşən məsuliyyətdir. Özünü və yaxınlarını qorumaq üçün görülən sadə tədbirlər, əslində, böyük fəsadların qarşısını alan ən təsirli vasitədir.

Keçirilən tədbirlərdə rayon bölmələrinin sədrləri və könüllülər iştirak edib.

Tədbirlərin keçirilməsində göstərdiyi dəstəyə görə müvafiq rayon İcra Hakimiyyətlərinə, “TAC” MMC, “Badamlı Mineral Sular” MMC, Abşeron rayonu “AAAF” yaşayış kompleksinin rəhbərliyinə dərin təşəkkür ifadə olunmuşdur.