2025-ci il sentyabrın 4-də Türkmənistanın paytaxtı Aşqabadda MDB ölkələrinin Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Rəhbərləri ilə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin “Beynəlxalq Sülh və Etibarlılıq İli – İnsanlıq və Bitərəflik” adlanan görüşü keçirilmişdir.
Bu görüşdə Azərbaycan Qızıl Aypara Cəmiyyətini İcraçı katibi Ceyhun Mirzəyev və İcraçı katibin müavini Şaban Şayev təmsil edib. Ceyhun Mirzəyev çıxışında Azərbaycan Respublikasının post-konflikt dövründə mina çirklənməsini qeyd etmişdir. Azərbaycan dünyada mina çirklənməsinin ən yüksək olduğu ölkələrdən biri hesab olunur. Təqribən 1,5 milyon mina və saysız-hesabsız partlayıcı qurğu müharibə illərində ərazilərə yerləşdirilmişdir. Bu minalar yalnız insan həyatı üçün birbaşa təhlükə yaratmır, həm də torpaqların deqradasiyasına, ətraf mühitin çirklənməsinə, kənd təsərrüfatının inkişafın ləngiməsinə səbəb olur.
Həmçinin, Ceyhun Mirzəyev Cəmiyyətin bu problemlə əlaqədar mina təmizləmə, İlk yardım və MHPSS (Psixi sağlamlıq və psixososial dəstək) fəaliyyətini qeyd etmişdir.
Daha sonra, Şaban Şayev öz çıxışında Beynəlxalq Humatir Hüququn (BHH) əhəmiyyətini vurğulamışdır və onun inkişafında sistematik qərarlar qəbul etməyə çağırmış, humanitar diplomatiya, BHH əsaslarının yayınması geniş maarifləndirməyə diqqət yetirmişdir.