AzQAC prezidenti İsmayıllıda növbəti görüş keçirib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC prezidenti İsmayıllıda növbəti görüş keçirib
 The President of the Azerbaijan Red Crescent Society and MP Dr Novruz Aslanov held another meeting in Ismayilli

4 sentyabr 2025-ci il tarixində Milli Məclisin deputatı Novruz Aslanov İsmayıllı rayonunda növbəti dəfə seçiciləri qəbul edib.

Tədbirin gedişində vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər müzakirə olunub. Xüsusilə Buynuz kəndlərində yaşanan yol problemi diqqət mərkəzinə gətirilib. Novruzəli Aslanov sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alıb və onların həlli məqsədilə müvafiq qurumlar qarşısında məsələ qaldıracağını bildirib.