2025-ci il 5 sentyabrın 5-də Türkmənistanın paytaxtı Aşqabad
şəhərində MDB ölkələrinin Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Rəhbərləri
ilə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası və Beynəlxalq
Qızıl Xaç Komitəsinin nümayəndələrinin “Beynəlxalq Sülh və Etibarlılıq İli –
İnsanlıq və Bitərəflik” adlanan görüşünün ikinci günü keçirilib.
Görüşdə Azərbaycan, Qazaxıstan (onlayn formatda),
Qırğızıstan, Türkmənistan, Tacikistan, Özbəkistan Qızıl Aypara cəmiyyətlərinin,
eləcə də Ermənistan və Rusiya Qızıl Xaç Cəmiyyətlərinin nümayəndə heyətləri
iştirak ediblər. Müzakirələrin əsas mövzusunu Milli Cəmiyyətlərin gəlir-gətirmə
fəaliyyətlərinin inkişafı, eləcə də könüllülük hərəkatının potensialının gücləndirilməsi
təşkil edib. Tədbirin məqsədi – müasir humanitar çağırışlara cavab vermənin səmərəliliyini
artırmaq üçün MDB ölkələrinin Qızıl Xaç və Qızıl Aypara Milli Cəmiyyətləri
arasında regional əməkdaşlığın möhkəmləndirilməsidir.
İkinci gün ‘’Fandreyzingin qanunvericilik bazası və ictimai
sahibkarlıq’’ mövzusuna həsr olunub. Cəmiyyətlər nəzəri və praktiki addımlara
daha çöx önəm verməyə diqqət yetiriblər.
Keçirilən konfrans çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
İcraçı katibinin müavini Şaban Şayev Turkmenportal xəbər saytına rəsmi
müsahibə verib:
«Türkmənistanın Milli Qızıl Aypara Cəmiyyətinə dəvət üçün səmimi
təşəkkürümüzü bildiririk. Bu görüşdən gözləntilər – Milli Cəmiyyətlər arasında əməkdaşlığın
möhkəmləndirilməsi, ən yaxşı təcrübələrin mübadiləsi sahəsində sıx əlaqələrin
inkişafıdır ki, bu da gələcəkdə cəmiyyətlərin potensialının gücləndirilməsinə,
müasir dövrün humanitar çağırışlarının həllində onların rolunun artırılmasına
töhfə verəcəkdir.»
Həmçinin, Qətər Qızıl
Aypara Cəmiyyətinin nümayəndələri Mohd Ahmed Al-Beshri və Aiham Ismaiel Al
Sukhni ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İcraçı katibi Ceyhun Mirzəyev, İcraçı
katibin müavini Şaban Şayev görüşdə minaların təmizlənməsi və Milli Cəmiyyətin
Qarabağa köçürülməsi planlaşdırılan, eləcə də, köçmüş əhalinin minalar barəsində maarifləndirilməsi
haqqında qarşılıqlı görüş keçirilib. Bununla bağlı gələcək imkanların
araşdırılması, layihələrin müzakirə edilməsi qərara alınıb.