AzQAC prezidenti İsmayıllıda növbəti görüş keçirib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC prezidenti İsmayıllıda növbəti görüş keçirib
 The president of the Azerbaijan Red Crescent Society and Mr. Novruz Aslanov held a regular meeting in the Ismayilli district

10 sentyabr 2025-ci il tarixində Milli Məclisin deputatı Novruz Aslanov İsmayıllı rayonunda növbəti dəfə seçiciləri qəbul edib.

Tədbirin gedişində vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər müzakirə olunub. Xüsusilə Uştalqışlaq kənd sakinləri elektrik enerjisi və içməli su təchizatında yaşanan müəyyən problemləri diqqət mərkəzinə gətiriblər. Novruzəli Aslanov sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alıb və onların həlli məqsədilə müvafiq addımların atılacağını bildirib.