AzQAC İtaliya Qızıl Xaç nümayəndəsi ilə görüş keçirib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC İtaliya Qızıl Xaç nümayəndəsi ilə görüş keçirib
 The Azerbaijan Red Crescent Society held a meeting with a representative of the Italian Red Cross

2025-ci il 17 sentyabr tarixində AzQAC-ın Baş ofisində İcraçı katib Ceyhun Mİrzəyev Cənubi Qafqaz üzrə və İtaliya Qızıl Xaç Nümayəndəsi Simona Rescigno və BQXQACF-nın nümayəndəsi Aleksander Mordovin ilə görüş keçirib. Görüşün əsas mövzusu İtaliya Qızıl Xaç tərəfindən təsdiqlənən tərəfdaşlıq əlaqələrinin strateji səviyyədə inkişafına şərait yaradılmasıdır. Görüş zamanı tərəflər qarşılıqlı dəstək və informasiya mübadiləsinin davamlılığının vacibliyini qeyd ediblər.