Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanovun İsmayıllıda növbəti görüşü

Əsas səhifə / XƏBƏRLƏR / Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanovun İsmayıllıda növbəti görüşü
 A regular meeting of the President of the Azerbaijan Red Crescent Society and MP Dr. Novruz Aslanov in Ismayilli district

Milli Məclisin deputatı Novruzəli Aslanov 19 sentyabr 2025-ci il tarixində İsmayıllı rayonun Mücühəftəran kəndində növbəti dəfə vətəndaşları qəbul edib.

Qəbul zamanı vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər müzakirə olunub. Kənd sakinləri əsasən təbii qaz təchizatında yaşanan müəyyən problemlərə diqqət yönəldilməsini istəyiblər. Novruzəli Aslanov sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alıb və onların həlli məqsədilə müvafiq qurumlar qarşısında məsələ qaldıracağını bildirib.