AzQAC Nərimanov Rayon Bölməsi İlk Yardım təlimi keçirib
Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Nərimanov Rayon Bölməsi İlk Yardım təlimi keçirib
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Nərimanov rayon bölməsində
ilkin yardım üzrə təlim təşkil olunub. Təlimdə
iştirakçılara qəfil hadisələr zamanı düzgün müdaxilə üsulları, qanaxmaların
qarşısının alınması və süni tənəffüs kimi əsas bacarıqlar öyrədilib. Mütəxəssislər praktik məşğələlər vasitəsilə
iştirakçıların biliklərini möhkəmləndiriblər.
Təlimin məqsədi icmada fövqəladə hallara hazırlığı artırmaq və ilk
yardım biliklərini genişləndirməkdir.