AzQAC prezidenti Novruz Aslanov İsmayıllı rayonunda vətəndaşları qəbul edib
Əsas səhifə / XƏBƏRLƏR / AzQAC prezidenti Novruz Aslanov İsmayıllı rayonunda vətəndaşları qəbul edib
2025-ci il 25 sentyabr tarixində Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov
İsmayıllı şəhərində yerləşən ofisində növbəti dəfə seçicilərlə görüşüb.
Tədbirin gedişində vətəndaşları narahat edən
sosial yönümlü məsələlər və şəxsi müraciətlər müzakirə olunub. Novruz Aslanov
sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri
qeydə alıb və onların həlli məqsədilə müvafiq addımların atılacağını bildirib.