AzQAC Xətai Rayon Bölməsi İlk Yardımla bağlı təlim keçirib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Xətai Rayon Bölməsi İlk Yardımla bağlı təlim keçirib
 The Khatai district branch of the Azerbaijan Red Crescent Society conducted training on first aid

2025-ci il 25 sentyabr tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xətai rayon bölməsi Bakı şəhəri 56 nömrəli tam orta məktəbdə ilk yardım mövzusunda maarifləndirici təlim keçirib. Təlimin əsas məqsədi gənclər və məktəblilər arasında ilkin tibbi biliklərin artırılması və fövqəladə hallarda düzgün müdaxilə bacarıqlarının formalaşdırılması olmuşdur.

Tədbirdə ümumilikdə 55 nəfər könüllü iştirak etmiş, iştirakçılara ilk yardım qaydaları, zədələnmələr zamanı ilkin müdaxilə və təxirəsalınmaz yardım üsulları əyani şəkildə nümayiş etdirilib. Təlim peşəkar təlimçilər tərəfindən interaktiv formatda aparılaraq, gənclərin praktiki bacarıqlarının inkişafına xüsusi diqqət yetirilib.


Azərbaycan Qızıl Aypara Cəmiyyətinin strateji inkişaf planına uyğun olaraq bu kimi maarifləndirici tədbirləri mütəmadi şəkildə həyata keçirməklə cəmiyyətin sağlam və təhlükəsiz gələcəyinin təmin olunmasına töhfə verməyi hədəfləyir.