AzQAC Xaçmaz rayon bölməsində Ümumdünya İlk Yardım Günü qeyd olunub

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Xaçmaz rayon bölməsində Ümumdünya İlk Yardım Günü qeyd olunub
 The Khachmaz district branch of the Azerbaijan Red Crescent Society celebrated World First Aid Day

2025-ci il 25 sentyabr tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt Regional Mərkəzinin təşkilatçılığı ilə Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayon bölmələrinin sədrlərinin və könüllülərinin iştirakı ilə Xaçmaz Peşə Təhsil Mərkəzində Ümumdünya İlk Yardım Günü münasibətilə tədbir keçirilib.
 
Tədbiri AzQAC Sumqayıt Regional Mərkəzinin koordinatoru Mətanət Məhərrəmova açaraq iştirakçıları salamlayıb və Ümumdünya İlk Yardım Gününün əhəmiyyəti barədə məlumat verib. Qeyd olunub ki, bu gün 2000-ci ildə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) tərəfindən ilk yardımın həyatı xilas etmək bacarıqları barədə məlumatlılığı artırmaq məqsədilə təsis olunub.
 
AzQAC Sumqayıt Regional Mərkəzinin Fövqəladə Mobil Könüllü Dəstəsinin üzvləri tərəfindən uşaqlarda boğulma halları, şəxsi təhlükəsizlik, huşsuz vəziyyətdə nəfəs alan şəxsin oyanması çəkilişi ilə , qanaxmalar və sınıqlar kimi mövzular praktik nümayişlər və izahlı çıxışlarla təqdim olunub. Tədbir interaktiv şəkildə davam etdirilərək iştirakçıların sualları cavablandırılıb.
 
Ürəyin dolayı masajı mövzusu xüsusi olaraq izah edilib və könüllülər tərəfindən flash mob nümayiş etdirilib. Eyni zamanda iştirakçılara maarifləndirici bukletlər paylanılıb. Tədbir xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.