2025-ci il 26 sentyabr tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
Səbail rayon bölməsi Bakı şəhəri 51 nömrəli tam orta məktəbdə İlk yardım
mövzusunda maarifləndirici təlim keçirib. Təlimin əsas məqsədi gənclər və məktəblilər
arasında ilkin tibbi biliklərin artırılması və fövqəladə hallarda düzgün
müdaxilə bacarıqlarının formalaşdırılması olmuşdur. Tədbirdə iştirakçılara ilk yardım qaydaları, zədələnmələr
zamanı ilkin müdaxilə və təxirəsalınmaz yardım üsulları əyani şəkildə nümayiş
etdirilib. Təlim peşəkar təlimçilər tərəfindən interaktiv formatda aparılaraq,
gənclərin praktiki bacarıqlarının inkişafına xüsusi diqqət yetirilib. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin strateji inkişaf
planına uyğun olaraq bu kimi maarifləndirici tədbirləri mütəmadi şəkildə həyata
keçirməklə cəmiyyətin sağlam və təhlükəsiz gələcəyinin təmin olunmasına töhfə
verməyi hədəfləyir.