Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Azərbaycan Səhiyyə Nazirliyi (ASN) ilə
imzalanmış tərəfdaşlıq memorandumuna əsasən uzun illərdir nazirliyin nəzdində fəaliyyət
göstərən Ölkə Əlaqələndirmə Komissiyasının (ÖƏK) işçi qrupunun görüşlərində fəal
iştirak edir. ÖƏK ölkədə tibb yönümlü layihələr həyata keçirən qeyri hökumət təşkilatları,
ictimai birliklər və qurumlar arasında əməkdaşlığın
inkişafına və layihələrin həyata keçirilməsində qarşıya çıxan problemlərin həllində
hərtərəfli dəstək göstərir.Görüşlərdə AzQAC tərəfindən Cəmiyyətin İcma əsaslı layihələr üzrə mütəxəssisləri
Mətanət Qaraxanova və Sona Hacıyeva mütəmadi iştirak edirlər.12 sentyabrda işçi qrupun növbəti görüşündə də AzQAC nümayəndəsi Sona Hacıyeva qismində təmsil
olundu. Görüşdə Səhiyyə nazirinin
müavini cənab Nadir Zeynalov çıxış edərək əsas donor ölkə olan Amerikanın
ayrılan maliyyəni azaltması nəticəsində Qlobal Fondun təsdiq olunmuş büdcəsini
yerinə yetirə bilməməsi və kəsirlə olan büdcənin yenidən müzakirəsi və təsdiqi
üçün imzalanmaya hazırlanmasının vacibliyini diqqətə çatdırıb. Büdcədəki
azalmaların ən çox qeyri hökumət təşkilatlara və ictimai birliklərə ayrılan
maliyyəyə hədəfləndiyini bilən qurum rəhbərləri buna narahatlıqlarını bildiriblər.SN, QİÇS, ETAXİ, ƏN Baş Tibb İdarəsi, QF maliyə və təchizat şöbələrinin
nümayəndələri, bəzi QHT rəhbərlərinin iştirakı ilə xeyli müzakirədən sonra kəsirlə
olan büdcə kiçik əlavələrlə 30 sentyabrda yekun imzalanma üçün hazırlanıb.16 sentyabrda Ölkə Əlaqələndirmə Komissiyasının növbəti görüşü keçirilib.
Görüşün mövzusu “Azərbaycanda əsas ÇDD/GDD vərəm xidmətlərinə çıxış imkanları və
onların keyfiyyətinin təmin olunması” layihəsi əsasında Vərəmlə bağlı vəziyyət
: uğurlar və çağırışlar müzakirə olunub.Əsas vurğulanan məqamlar ftiziatrların (bu sahədə çalışan həkimdir, yəni
vərəm xəstəliyini aşkarlayan, müalicə edən və qarşısını almağa çalışan mütəxəssis)
kontakt şəxslərlə iş məsələsində ciddiyyəti artırmaları, xəstə ünvanlarının
yenilənməsi ilə bağlı çətinliklər, qeydiyyat jurnallarının tam doldurulmaması,
müalicə nəticələrinin tam yazılmaması və
ilkin xəstələrin məlumatlarının elektron data bazaya düzgün yazılmaması və bir
çox digər məsələlər yeni yaranmış Vərəm Mərkəzi rəhbərliyinin iştirakı ilə
geniş müzakirə edilib.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Azərbaycan Səhiyyə Nazirliyi (ASN) ilə
imzalanmış tərəfdaşlıq memorandumuna əsasən uzun illərdir nazirliyin nəzdində fəaliyyət
göstərən Ölkə Əlaqələndirmə Komissiyasının (ÖƏK) işçi qrupunun görüşlərində fəal
iştirak edir. ÖƏK ölkədə tibb yönümlü layihələr həyata keçirən qeyri hökumət təşkilatları,
ictimai birliklər və qurumlar arasında əməkdaşlığın
inkişafına və layihələrin həyata keçirilməsində qarşıya çıxan problemlərin həllində
hərtərəfli dəstək göstərir.
Görüşlərdə AzQAC tərəfindən Cəmiyyətin İcma əsaslı layihələr üzrə mütəxəssisləri
Mətanət Qaraxanova və Sona Hacıyeva mütəmadi iştirak edirlər.
12 sentyabrda işçi qrupun növbəti görüşündə də AzQAC nümayəndəsi Sona Hacıyeva qismində təmsil
olundu. Görüşdə Səhiyyə nazirinin
müavini cənab Nadir Zeynalov çıxış edərək əsas donor ölkə olan Amerikanın
ayrılan maliyyəni azaltması nəticəsində Qlobal Fondun təsdiq olunmuş büdcəsini
yerinə yetirə bilməməsi və kəsirlə olan büdcənin yenidən müzakirəsi və təsdiqi
üçün imzalanmaya hazırlanmasının vacibliyini diqqətə çatdırıb. Büdcədəki
azalmaların ən çox qeyri hökumət təşkilatlara və ictimai birliklərə ayrılan
maliyyəyə hədəfləndiyini bilən qurum rəhbərləri buna narahatlıqlarını bildiriblər.
SN, QİÇS, ETAXİ, ƏN Baş Tibb İdarəsi, QF maliyə və təchizat şöbələrinin
nümayəndələri, bəzi QHT rəhbərlərinin iştirakı ilə xeyli müzakirədən sonra kəsirlə
olan büdcə kiçik əlavələrlə 30 sentyabrda yekun imzalanma üçün hazırlanıb.
16 sentyabrda Ölkə Əlaqələndirmə Komissiyasının növbəti görüşü keçirilib.
Görüşün mövzusu “Azərbaycanda əsas ÇDD/GDD vərəm xidmətlərinə çıxış imkanları və
onların keyfiyyətinin təmin olunması” layihəsi əsasında Vərəmlə bağlı vəziyyət
: uğurlar və çağırışlar müzakirə olunub.
Əsas vurğulanan məqamlar ftiziatrların (bu sahədə çalışan həkimdir, yəni