AzQAC Nəsimi Rayon Bölməsi İlk Yardımla bağlı təlim keçirib
Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Nəsimi Rayon Bölməsi İlk Yardımla bağlı təlim keçirib
2025-ci il 29 sentyabr
tarixində 76 saylı körpələr evi-uşaq bağçasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
(AzQAC) Nəsimi rayon bölməsi tərəfindən
İlk Yardım vərdişlərinin öyrənilməsi ilə bağlı tədbir təşkil olunub.
Bakı Regional Mərkəzinin təlimatçısı N.Hadıyeva qanaxmaların dayandırılması,
sınıqlar, yanıqlar, bərpa vəziyyəti və daşınma üsulları barədə iştirakçılara ətraflı
məlumat verib, iştirakçıların sualları cavablandırılıb. Tədbirin yekun hissəsində iştirakçılara ilk yardım
mövzusunda bukletlər paylanılıb.