AzQAC-ın Tərtər Rayon Bölməsi İlk Yardımla bağlı təlim keçirib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın Tərtər Rayon Bölməsi İlk Yardımla bağlı təlim keçirib
 Tartar district branch of the Azerbaijan Red Crescent Society held a training on first aid

2025-ci il 23 sentyabr tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Tərtər Rayon Bölməsinin ofisində “Yaqub Tibb” tədris mərkəzinin məzunlarına İlk Yardım mövzusunda maarifləndirici təlim keçirilib.
Tədbirdə iştirakçılara ilk yardım qaydaları, zədələnmələr zamanı ilkin müdaxilə və təxirəsalınmaz yardım üsulları əyani şəkildə nümayiş etdirilib. Təlim peşəkar təlimçilər tərəfindən interaktiv formatda aparılaraq, gənclərin praktiki bacarıqlarının inkişafına xüsusi diqqət yetirilib.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin strateji inkişaf planına uyğun olaraq bu kimi maarifləndirici tədbirləri mütəmadi şəkildə həyata keçirməklə cəmiyyətin sağlam və təhlükəsiz gələcəyinin təmin olunmasına töhfə verməyi hədəfləyir.