Bolqarıstanın Sofiya şəhərində BQXQACF
və Bolqarıstan Qızıl Xaçı tərəfindən “Qızıl Xaç və Qızıl Aypara Avropa və Mərkəzi
Asiya Gənclər Şəbəkəsinin XXVI Gənclər Assambleyası’’ keçirilib. Azərbaycan
Qızıl Aypara Cəmiyyəti tərəfindən İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin
rəhbəri Cavidan Muradov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Leyla Səlimova
tədbirdə iştirak ediblər.
Tədbir iki hissədən ibarət olub:
Humanitar Diplomatiya Təlimi və Qızıl Xaç və Qızıl Aypara Avropa və Mərkəzi
Asiya Gənclər Şəbəkəsinin XXVI Gənclər Assambleyası.Humanitar Diplomatiya Təlimi dəvət
olunmuş qonaqların təqdimatı ilə başlanıb. İştirakçıların real baş verən hadisələrə
uyğunlaşmaq məqsədi ilə, miqrant böhranı ssenarisnın həlli üçün onlar işçi
qruplarına ayırılıblar ki, buda masa arxası danışıqlar simulyasiyasında iştirak
etməyə imkan vermişdir.
Assambleyanın açılışı Bolqarıstanın
‘’Нов български университет’’ universitetində keçirilib, ‘’Avropa və Mərkəzi
Asiya Gənclər Şəbəkəsinin’’ tarixi, fəaliyyəti, məqsəd və strukturu barədə məlumat
verilib. Tədbirdə BQXK-nın prezidenti Keyt Forbs video görüntü vasitəsilə
iştirakçıları salamlayıb və öz tövsiyyələrini verib. Bolqarıstanın
Vitse-Prezidenti İliana Yotova, Bolqarıstan Qızıl Xaç Cəmiyyətinin sədri Xristo
Qriqoro, BQXK-nin vitse-prezidenti Manuel Besslerdir və digər qonaqlar çıxış
ediblər. Daha sonra, Şəbəkə Komitəsinin üzvləri keçən il ərzində görülən işlər
və əldə olunan nailiyyətlər barədə iştirakçılara məlumat veriblər. Tədbir
BQXK-nın vitse-prezidenti Natia Loladze çıxışı ilə yekunlaşıb.
Assambleyanın növbəti günü Şəbəkənin
Hərtərəfli Texniki Tapşırıqlar və Prosedur Qaydalarının nəzərdən keçirilməsi
sessiyaları ilə başlayıb. Daha sonra təqdim olunan sənədlərdə dəyişikliklərə
dair və yeni sədrin seçilməsi ilə bağlı səsvermə keçirilib. Səsvermənin nəticələrinə
görə Komitənin yeni sədri Bolqarıstan Qızıl Xaçının Gənclər Bölməsinin sədri
Steli Dzhambazova seçilmişdir. Tədbirin ən yadda qalan məqamlarından
təşkil edilən sərgi idi. Burada iştirakçılar öz ölkələrini və Cəmiyyətlərini təsvir
edən əşyaları, atributları nümayiş etdirib, paylaşmışlar. AzQAC nümayəndələri Cavidan Muradov
və Leyla Səlimova AzQAC-ın Qarabağ İqtisadi regionunda aparılan işlərlə bağlı iştirakçılara
geniş məlumat vermişlər.Tədbirin yekununda Komitənin üzvləri
iştirakçılara öz minnətdarlığını bildirmiş, və belə görüşlərin davamlı olmasını
arzulamışlar.