AzQAC-ın Baş ofisində Azərbaycan dili kursunun 13–cü tədris ili

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın Baş ofisində Azərbaycan dili kursunun 13–cü tədris ili
 The 13th academic year of the Azerbaijani language course for migrants at the Head Office of the Azerbaijan Red Crescent Society

2025-ci il 01 oktyabr tarixində AzQAC Miqrasiya şöbəsi nəzdində miqrantların təhsili və bununla bağlı məsələlərin təşkili üçün yaradılmış işçi qrupun üzvlərinin görüşü olub. Görüşdə iştirakçılar miqrantların yeni dərs ilinə hazırlığının tələb və təkliflərə uyğun şəkildə təşkili, bu yönümdə rast gəlinən problemlər və onların mümkün həll yolları, miqrant şagirdlərin orta təhsil müəssisələrinin müvafiq siniflərinə və valideynlərin də müvafiq iş yerlərinə lazımi dil biliyi səviyyəsinə istinadən qəbul edilmələri və bu prosesdə bəzi  çatışmazlıqların olması fəal şəkildə müzakirə edilib.

Görüşə AzQAC-ın Miqrasiya şöbəsinin təhsil işləri üzrə əməkdaşı, kursun Azərbaycan dili müəllimi Sona Hacıyeva başlayaraq təmənnasız Azərbaycan dili kursunun 13-cü tədris ilinin başladığını qeyd edərək hər kəsi salamlayaraq, müdavimlərin hər birinə öz arzu və təbriklərini çatdırıb.

Sonda xatirə şəkili çəkilib.