AzQAC prezidentinin İsmayıllıda növbəti görüşü

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC prezidentinin İsmayıllıda növbəti görüşü
 Another regular meeting of the president of the Azerbaijan Red Crescent Society and a member of the National Parliament Dr. Novruz Aslanov with citizens in Ismayilli district

2025-ci il 02 oktyabr tarixində AzQAC prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov İsmayıllıda növbəti dəfə seçicilərlə görüş keçirib.

Bu dəfəki qəbul deputatın İsmayıllı şəhərində yerləşən ofisində baş tutub. Qəbulda şəhid ailələri və qazilər də iştirak ediblər. Qeyd edək ki, N.Aslanov əhalinin bu həssas təbəqəsinin qayğı və problemlərinə hər zaman xüsusi diqqətlə yanaşıb.
       
Tədbirin gedişində vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər müzakirə olunub. Novruz Aslanov sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alıb və onların həlli məqsədilə müvafiq qurumlar qarşısında məsələ qaldırılacağını bildirib.