AzQAC-ın Türk Kızılay-la görüşü keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın Türk Kızılay-la görüşü keçirilib
 A meeting between the Azerbaijan Red Crescent Society and the Turkish Red Crescent took place

2025-ci il 03 oktyabr tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) rəhbərliyi ilə Türkiyənin Kızılay təmsilçiləri arasında görüş keçirilib. AzQAC-ın vitse-prezidenti Qafar Əsgərzadə iki Qızıl Aypara Cəmiyyətlərini birləşdirən qarşılıqlı dəstəyin, humanitar əməkdaşlığın və dərin tarixi əlaqələrin vacibliyini vurğuladı. O, dağıdıcı Qəhrəmanmaraş zəlzələsi zamanı AzQAC-ın humanitar səylərini və köməyini xatırladıb, AzQAC-nin zərər çəkmiş icmalarla həmrəy olmaq öhdəliyini bir daha təsdiqləyib. Qafar Əsgərzadə bu cür əməkdaşlığın iki xalq və onların Qızıl Aypara təşkilatları arasında möhkəm bağlılığını və qardaşlığı əks etdirdiyini vurğulayıb.

Türk Qızıl Aypara Cəmiyyətinin Müşahidə Şurasının üzvü Prof. Dr. Nur Çətin humanitar dəstəyin gücləndirilməsi, dayanıqlığın artırılması və qabaqcıl təcrübələrin paylaşılmasına yönəlmiş Türk Kızılay və AzQAC arasında gələcək birgə layihələrin inkişaf etdirilməsi imkanlarını vurğulayıb. Hər iki tərəf daha sıx əlaqələndirmənin onların yaranan çağırışlara effektiv cavab vermək qabiliyyətini artırmağı bird aha vurğulayıblar.

Görüşdə AzQAC-ın baş katibi Ceyhun Mirzəyev TDT-ə (Türk Dövlətləri Təşkilatı) üzv ölkələrin Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri arasında əməliyyat potensialının və humanitar həmrəyliyin artırılması üçün strateji mexanizm kimi xidmət edən Türk Qırmızı Şəbəkəsinin əhəmiyyətini vurğuladı. O, bu çərçivədə humanitar əməkdaşlıq və  qarşılıqlı anlaşmanı dərinləşdirməklə yanaşı, ehtiyacı olanlara vaxtında və səmərəli yardım göstərmək üçün kollektiv imkanları gücləndirilməsini vurğulayıb.

Hər iki tərəf əməkdaşlığa sadiqliklərini təsdiq etməklə bir daha nümayiş etdirdilər ki, türk dövlətləri arasında birlik və ortaq dəyərlər ruhu humanitar fəaliyyət və qarşılıqlı dəstək üçün möhkəm təməl kimi xidmət etməkdə davam edirlər.