AzQAC Tərtər Rayon Bölməsində Mina və partlamamış hərbi sursatların təhlükələrinə dair maarifləndirmə sessiyaları davam etdirir

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Tərtər Rayon Bölməsində Mina və partlamamış hərbi sursatların təhlükələrinə dair maarifləndirmə sessiyaları davam etdirir
 Tartar district branch of the Azerbaijan Red Crescent Society continues awareness-raising sessions on the dangers of mines and unexploded ordnances of wa

2025-ci il 06-11oktyabr tarixlərində Tərtər rayonunun Hüsənli kəndində "Risklər barədə maarifləndirmə və təhlükəsiz davranış" mövzusunda mina və partlamamış hərbi sursatların təhlükələrinə dair maarifləndirici sessiyalar həyata keçirilib.

AzQAC-ın Tərtər rayon bölməsinin  könüllüləri tərəfindən  adı çəkilən kənddə   “Qapı-qapı” keçirilən sessiyaların aparılmasının əsas məqsədi sakinlər arasında mina və partlamamış hərbi sursatlarla (PHS) bağlı məlumatlılığı artırmaq, mümkün risk faktorunu minimuma endirməkdir. Könüllülər hər bir evə  gedərək sakinlərə  zəruri məlumatlar verib və onların suallarını cavablandırıb. Sessiyalar zamanı qadağanedici, xəbərdaredici və məlumatlandırıcı nişanlar, təhlükə zamanı müraciət edilə biləcək dövlət qurumları və əlaqə vasitələri barədə ətraflı məlumatlar verilərək, maarifləndirici broşürlər paylanılıb. Fəaliyyət müddətində  yerli qurumlarla müvafiq koordinasiya təşkil edilərək  könüllülərin fəaliyyəti üçün zəruri şərait təmin edilib.