Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq konfransda iştirak edib

Əsas səhifə / XƏBƏRLƏR / Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq konfransda iştirak edib
 Representatives of the Azerbaijan Red Crescent Society attended an international conference

2025-ci il 12-14 oktyabr tarixlərində keçirilən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Avropa və Mərkəzi Asiya regionunun liderlərin görüşündə Azərbaycan Qızıl Aypara Cəmiyyəti iştirak edib. Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətini Baş katib Ceyhun Mirzəyev təmsil edib. Konfransda humanitar əməkdaşlığın gücləndirilməsi, təbii fəlakətlər zamanı birgə fəaliyyət və könüllülüyün inkişafı məsələləri müzakirə olunub.  Bu mühüm dialoqda əsas humanitar məsələlərə toxunulub və daha davamlı gələcək yaratmaq üçün birgə işləməyin vacibliyi bir daha vurğulanıb.