2025-ci il 15 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin təşkilatçılığı ilə “Sunfood” MMC-də nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib. Məşqin əsas məqsədi fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili, qarşılıqlı fəaliyyətin və əməliyyat planlarının praktiki baxımdan sınaqdan keçirilməsi olub. Təlimdə Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin xilasedici qüvvələri, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt Regional Mərkəzinin Fövqəladə Mobil Könüllü Dəstəsinin üzvləri və müəssisənin mülki müdafiə qüvvələri iştirak ediblər.