AzQAC prezidenti Novruz Aslanov İsmayıllı şəhərində seçiciləri ilə görüşüb

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC prezidenti Novruz Aslanov İsmayıllı şəhərində seçiciləri ilə görüşüb
 President of the Azerbaijan Red Crescent Society and MP Dr. Novruz Aslanov met with his voters in Ismayilli region

2025-ci il 16 oktyabr tarixində AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov İsmayıllıda növbəti dəfə seçicilərlə görüşüb.


Bu dəfəki qəbul deputatın İsmayıllı şəhərində yerləşən ofisində keçirilib. Görüşdə şəhid ailələrinin təmsilçiləri və qazilər də iştirak ediblər.

       

Tədbirin gedişində vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər deputatın diqqətinə çatdırılıb. Novruz Aslanov sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alıb və onların həlli məqsədilə müvafiq addımların atılacağını bildirib.