AzQAC-ın Mingəçevir Regional Mərkəzində İlk yardım üzrə təlim-məşğələ təşkil olunub

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın Mingəçevir Regional Mərkəzində İlk yardım üzrə təlim-məşğələ təşkil olunub

Bü günlərdəAzərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Mingəçevir Regional Mərkəzində Mingəçevir şəhər bölməsinin 18 işçi heyəti və könüllüləri üçün İlk Yardım üzrə təlim-məşğələ təşkil olunub.

Bir günlük təlim proqramı nəzəri biliklərlə yanaşı, praktiki bacarıqların öyrədilməsini də əhatə edib. Sorğu-sual ilə başlayan təlimin əsas məqsədi iştirakçıların mövcud bilik və bacarıqlarını qiymətləndirmək, onları yeniləmək və mövcud məlumatları xatırlatmaq olub. Proqram çərçivəsində ilk yardımın əsas mövzuları əhatə olunub, qrup müzakirələri, “doğru və yanlış” yanaşmalar, praktiki tapşırıqlar kimi interaktiv metodlardan istifadə edilib. Təlimdə iştirakçılar xüsusi fəallıq nümayiş etdirib.

Təlim zamanı Psixoloji İlk Yardım (PFA) və Psixososial Dəstəyin (MHPSS) əsas prinsiplərinin mənimsənilməsi və zəruri hallarda tətbiqi böyük əhəmiyyət daşıması vurğulanıb. İlk Yardım və Psixososial Dəstəyə dair biliklərin cəmiyyətdə geniş yayılması insanların fövqəladə hallara hazırlığını artırır və həyatın, sağlamlıqlarının qorunmasına töhfə veriməsi qeyd olunub.

AzQAC təlimlərin davamlılığını təmin etməyi planlaşdırır. Növbəti mərhələdə İlk Yardım və Psixoloji İlk Yardım üzrə proqramların daha interaktiv metodlarla keçirilməsi və yeni könüllülərin cəlb olunması nəzərdə tutulur. Tədbirin sonunda Mingəçevir Regional Mərkəzi, şəhər bölməsi və iştirakçılara tədris materialları, broşurlar və ləvazimatlar təqdim olunub, xatirə fotosu çəkilib.

Təlim AzQAC-ın İlk yardım üzrə Koordinatoru doktor Şahin Biləndərli və  AzQAC-ın İcraçı Katibinin müavini-Sağlamlıq şöbəsinin müdiri Səbinə Məhbubi-İran tərəfindən təşkil olunub.