2025-ci il oktyabrın
21-də Qobustan Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası təşkil
olunub. Aksiyanın məqsədi talassemiyadan və digər qan xəstəliklərindən əziyyət
çəkən insanlara dəstək göstərmək, eyni zamanda sağlam həyat tərzini təbliğ etməkdən
ibarət olub.
Aksiya zamanı tibbi heyət tərəfindən
donorların sağlamlıq vəziyyəti yoxlanılıb, onlara qanvermənin əhəmiyyəti barədə
maarifləndirici məlumatlar verilib.
Qanvermə aksiyası humanist dəyərlərin,
həmrəyliyin və cəmiyyətə faydalı olmağın bariz nümunəsi kimi dəyərləndirilib.
Tədbirdə rayon ictimaiyyəti ilə
yanaşı, Qobustan Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının və müxtəlif
idarə və təşkilatların əməkdaşları, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
Qobustan rayon Bölməsinin sədri Nemət
Alcanov və könüllülər fəal şəkildə iştirak ediblər.