2025-ci il oktyabrın 23-ü Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş
ofisində Türk Dövlətləri Qızıl Aypara Cəmiyyətlərinin noyabrın 19-da keçiriləcək
Sammitinə hazırlıqla bağlı iclas keçirilib.
İclasda tədbirin təşkili, nümayəndə heyətlərinin qəbulu, gündəlikdə
yer alacaq mövzular və əməkdaşlıq istiqamətləri müzakirə olunub.
İclasda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz
Aslanov, Cəmiyyətin rəhbər heyəti, məsul şəxslər və əlaqədar şöbə əməkdaşları
iştirak ediblər. Görüş zamanı sammitin yüksək səviyyədə keçirilməsi üçün zəruri
təşkilati və digər məsələlərinin icrası ilə bağlı konkret tapşırıqlar verilib.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Türk dünyasında humanitar əməkdaşlığın
genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin gücləndirilməsinə xüsusi
önəm verir.
İclasda tədbirin təşkili, nümayəndə heyətlərinin qəbulu, gündəlikdə yer alacaq mövzular və əməkdaşlıq istiqamətləri müzakirə olunub.
İclasda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov, Cəmiyyətin rəhbər heyəti, məsul şəxslər və əlaqədar şöbə əməkdaşları iştirak ediblər. Görüş zamanı sammitin yüksək səviyyədə keçirilməsi üçün zəruri təşkilati və digər məsələlərinin icrası ilə bağlı konkret tapşırıqlar verilib.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Türk dünyasında humanitar əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin gücləndirilməsinə xüsusi önəm verir.