2025-ci il 13-18 oktyabr tarixlərində Gədəbəy rayonunun Qaravəlilər kəndində
"Risklər barədə maarifləndirmə və təhlükəsiz davranış" mövzusunda
mina və partlamamış hərbi sursatların təhlükələrinə dair maarifləndirici sessiyalar
həyata keçirilib.
AzQAC-ın Gədəbəy rayon bölməsinin könüllüləri tərəfindən adı çəkilən kənddə “Qapı-qapı” keçirilən sessiyaların
aparılmasının əsas məqsədi sakinlər
arasında mina və partlamamış hərbi sursatlarla (PHS) bağlı məlumatlılığı
artırmaq, mümkün risk faktorunu minimuma endirməkdir. Könüllülər yaşayış məntəqələrinə gedərək
sakinlərə zəruri məlumatları verib,
onların suallarını cavablandırıblar. Sessiyalar zamanı qadağanedici,
xəbərdaredici və məlumatlandırıcı nişanlar, təhlükə zamanı müraciət edilə
biləcək dövlət qurumları və əlaqə vasitələri barədə ətraflı məlumatlar verilib,
maarifləndirici broşürlər paylanılıb.Fəaliyyət müddətində yerli qürumlarla müvafiq koordinasiya təşkil
edilərək könüllülərlin fəaliyyəti üçün
zəruri şərait təmin edilib. Sakinlər bu maarifləndirmənin zəruri olduğunu xüsusi
vurğulamış, onlar tərəfindən bu fəaliyyətlər rəğbətlə qarşılanmışdır.
Yerli sakinlər bu
fəaliyyətlərin həyata keçrilməsində göstərdikləri hərtərəfli dəstəyə görə
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
rəhbərliyinə öz dərin təşəkkürlərini bildiriblər.