Türk Dövlətlər Birliyinin üzvü olan Milli Cəmiyyətlərinin Şəbəkəsinin Sammitinə hazırlığın növbəti iclası

Əsas səhifə / XƏBƏRLƏR / Türk Dövlətlər Birliyinin üzvü olan Milli Cəmiyyətlərinin Şəbəkəsinin Sammitinə hazırlığın növbəti iclası
 Another meeting to prepare for the Summit of the Network of National Societies that are members of the Organization of Turkic States

2025-ci il oktyabrın 28-də Azərbaycan Qızıl Aypara Cəmiyyətində növbəti işçi görüşü keçirilib. Görüşdə qarşıdan gələn tədbirlərin təşkili, həyata keçiriləcək layihələr və əməkdaşlıq məsələləri müzakirə olunub.

Toplantıda Cəmiyyətin rəhbər heyəti və şöbə əməkdaşları iştirak ediblər. Görüş zamanı icra olunacaq fəaliyyət planı, görüləcək işlərin vaxt cədvəli və məsul şəxslərin müəyyənləşdirilməsi ilə bağlı tapşırıqlar verilib.