AzQAC Sumqayıt Regional Mərkəzinin FMKD üzvləri obyekt üzrə mülki müdafiə məşqində iştirak edib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Sumqayıt Regional Mərkəzinin FMKD üzvləri obyekt üzrə mülki müdafiə məşqində iştirak edib
 Members of the Emergency Mobile Volunteers Team of the Sumgayit Regional Center of the Azerbaijan Red Crescent Society participated in a civil defense exercise at the facility

2025-ci il 23 oktyabr tarixində Sumqayıt şəhər 1 saylı ASAN Xidmət mərkəzində obyekt üzrə mülki müdafiə məşqi təşkil olunub. Təlimin məqsədi fövqəladə hallar zamanı işçilərin düzgün davranış qaydalarını mənimsəməsi, təhlükəsizliyin təmin edilməsi və əməli fəaliyyətlərin səmərəli əlaqələndirilməsidir.

Məşqdə Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt Regional Mərkəzinin Fövqəladə Mobil Könüllü Dəstəsinin üzvləri, həmçinin müəssisənin mülki müdafiə qüvvələri iştirak ediblər.

Təlim zamanı fövqəladə hal (yanğın və ya zəlzələ ssenarisi üzrə) barədə xəbərdarlıq siqnalının verilməsi, əməkdaşların təxliyəsi, ilk  yardımın göstərilməsi və hadisə yerində təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi mərhələləri icra olunub.