AzQAC-ın prezidenti Novruz Aslanov İsmayıllıda vətəndaşların növbəti qəbulunu keçirib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın prezidenti Novruz Aslanov İsmayıllıda vətəndaşların növbəti qəbulunu keçirib
 President of the Azerbaijan Red Crescent Society and MP Dr. Novruz Aslanov held another reception of citizens in Ismayilli district

2025-ci il 30 oktyabr tarixində AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovun hər həftə öz seçiciləri ilə keçirdiyi görüşlər artıq ənənəvi hal alıb. 

Millət vəkili bu dəfə vətəndaşları İsmayıllı şəhərində yerləşən ofisində qəbul edib. Görüşdə şəhər sakinləri, o cümlədən şəhid ailələri, qazilər, Vətən müharibəsinin veteranları da iştirak ediblər. Səmimi şəraitdə keçən qəbulun gedişində Novruz Aslanov vətəndaşlar tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alaraq onların həlli məqsədilə müvafiq tədbirlərin görüləcəyini bildirib.