Türk Dövlətlər Birliyinin üzvü olan Milli Cəmiyyətlərinin Şəbəkəsinin Sammitinə hazırlığının növbəti iclası

Əsas səhifə / XƏBƏRLƏR / Türk Dövlətlər Birliyinin üzvü olan Milli Cəmiyyətlərinin Şəbəkəsinin Sammitinə hazırlığının növbəti iclası
 A regular meeting to prepare for the Summit of the Network of National Societies of the Organization of Turkic States

2025-ci il oktyabrın 31-i Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş ofisində Türk Dövlətləri Qızıl Aypara Cəmiyyətlərinin noyabrın 19-da keçiriləcək Sammitinə hazırlıqla bağlı iclas keçirilib.
 
İclasda tədbirin təşkili, nümayəndə heyətlərinin qəbulu, gündəlikdə yer alacaq mövzular və əməkdaşlıq istiqamətləri müzakirə olunub.
 
İclasda Cəmiyyətin rəhbər heyəti, məsul şəxslər və əlaqədar şöbə əməkdaşları iştirak ediblər. Görüş zamanı sammitin yüksək səviyyədə keçirilməsi üçün zəruri təşkilati və digər məsələlərinin icrası ilə bağlı konkret tapşırıqlar verilib.
 
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Türk dünyasında humanitar əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin gücləndirilməsinə xüsusi önəm verir.