2025-ci il 30 oktyabr tarixində AzQAC-da Türk Qızılay-ın 157-ci ildönümü ilə bağlı maarifləndirici tədbir keçirilib. Tədbirdə AzQAC-ın vitse-prezidenti Qafar Əsgərzadə, İcraçı katibin müavini Xalidə İskəndərova, Sağlamlıq və Qayğı şöbəsinin müdiri Səbinə Məhbubi İran, Türk Qızılayın Azərbaycandakı nümayəndəsi Hasan Gülər və AzQAC-ın könüllüləri iştirak ediblər. Tədbirdə ilk sözü Sağlamlıq və Qayğı şöbəsinin müdiri Səbinə Məhbubi İran alaraq Türk şəbəkəsi haqqında məlumatları iştirakçıların diqqətinə çatdırıb. O, sözlərində Noyabr ayında keçiriləcək olan samitlə bağlı tədbir iştirakçılarına müvafiq marifləndirici məlumatlar slaydlar şəklində təqdim edib. Məlumatlarda Cəmiyyətlərin tarixi, fəaliyyətləri, təşşəbüsləri haqqında məlumatlar verilib. Sonra AzQAC-ın vitse-prezidenti Qafar Əsgərzadə söz alaraq tədbirdə iştirak edənləri salamlayıb, göstərdikləri təşəbbüs üçün öz minnətdarlığını bildirib. O, çıxışında Türk və Azərbaycan Qızıl Aypara Cəmiyyətləri arasında dostluq münasibətlərindən həmçinin, qarşılıqlı fəaliyyətlər və münasibətlərin daha da genişlənməsinin hər iki milli cəmiyyət üçün önəm daşıdığını ifadə edib. Görüşdə həmçinin Türk Qızılayın yaradılış dövrü, fəaliyyətləri, gördükləri müxtəlif sahəli tədbirlər, yardımlar barəsində məlumat verilib, bununla bağlı kiçik kadrlı video-çarx tədbir iştirakçılarına nümayiş olunub. Hasan Gülər məlumat üçün slaydlar təqdim edib və tədbirdə iştirak edən könüllülərin suallarını cavablandırıb.
Türk Qızılayın Azərbaycandakı
nümayəndəsi Hasan Gülər çıxış edərək göstərilən diqqət üçün AzQAC-ın
rəhbər heyətinə, tədbir iştirakçılarına öz dərin minnətdarlığını bildirərək,
gələcək fəaliyyətlərdə uğurlar arzulayıb.
Sonda tədbir iştirakçıları ilə birgə
xatirə şəkli çəkilib, Türk Qızılayın kollektivinə təbrik ünvanlanıb.