2025-ci il noyabrın 3-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş ofisində AzQAC-ın rəhbərliyi ilə BQXQACF-ın nümayəndələri arasında görüş keçirilib. Görüşdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov, İçraci katib Ceyhun Mirzəyev, BQXQACF-ın Cənubi Qafqaz ölkələri üzrə klaster nümayəndəliyinin rəhbəri Sonja Björklund, BQXQACF-ın ofisinin nümayəndəsi Ekaterine Kristesaşvili və BQXQACF-ın Proqram və Əməliyyatlar meneceri Aleksandr Mordovin iştirak ediblər.
Görüşdə iştirakçılar humanitar fəaliyyətlər istiqamətində tərəfdaşlığın genişləndirilməsi və qarşılıqlı dəstəyin vacibliyini vurğulayıblar. Bu sahədə Beynəlxalq Federasiyanın əməkdaşlıq səylərinin artırılması sahəsində qarşılıqlı fikir mübadiləsi aparılıb.