Türk Dövlətlər Birliyinin üzvü olan Milli Cəmiyyətlərinin Şəbəkəsinin Sammitinə hazırlığının növbəti iclası
Əsas səhifə / XƏBƏRLƏR / Türk Dövlətlər Birliyinin üzvü olan Milli Cəmiyyətlərinin Şəbəkəsinin Sammitinə hazırlığının növbəti iclası
2025-ci il noyabrın 12-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş ofisində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Qızıl Aypara Cəmiyyətlərinin noyabrın 19-da Bakıda keçiriləcək Sammitinə hazırlıqla bağlı növbətil iclası keçirilib.
İclasda tədbirin təşkili, nümayəndə heyətlərinin qəbulu, gündəlikdə yer alacaq mövzular əməkdaşlıq istiqamətləri və s. önəmli məsələlər müzakirə olunub.
İclasda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov, Cəmiyyətin rəhbər heyəti, Təşkilat komissiyasının üzvləri, əlaqədar şöbə əməkdaşları iştirak ediblər. İclasda sammitin yüksək səviyyədə keçirilməsi üçün zəruri təşkilati və digər məsələlərinin icrası ilə bağlı konkret tapşırıqlar verilib. Azərbaycan Qızıl Aypara Cəmiyyəti Türk dünyasında humanitar əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin gücləndirilməsinə xüsusi önəm verir.
Gürcüstan səmasında Türkiyə hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad olundu, bu faciə ilə bağlı Türkiyə xalqına dərin hüznlə başsağlığı verildi.