8 Noyabr – “Zəfər Günü” münasibətilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xocavənd rayon bölməsi, Yelo Bankın dəstəyi ilə Xocavənd rayonunda yaşayan 12 şəhid ailəsini ziyarət edərək onlara ərzaq və gündəlik tələbat məhsullarından ibarət yardım bağlamaları təqdim olunub.
Bununla yanaşı bölmənin əməkdaşları və könüllüləri ailələrin evlərinə baş çəkərək onlarla səmimi söhbətlər aparıblar.