ERNA-nın 2025-ci il Ümumi Yığıncağı - Sağlamlıq və Humanitar Fəaliyyətdə Regional Əməkdaşlığın Yeni Fəsli

Əsas səhifə / XƏBƏRLƏR / ERNA-nın 2025-ci il Ümumi Yığıncağı - Sağlamlıq və Humanitar Fəaliyyətdə Regional Əməkdaşlığın Yeni Fəsli
 ERNA's 2025 General Assembly - A New Chapter in Regional Cooperation in Health and Humanitarian Activities

2025-ci il 3-5 noyabr tarixlərində Yunanıstan Respublikasının Afina şəhərində Avropa Qırmızı Xaç və Qırmızı Aypara Şəbəkəsinin ‘’HİV/QİÇŞ , hepatit, vərəm və narkotik asılılığı’’ sahəsində Yunan Qırmızı Xaçı, Yunanıstan Səhiyyə Nazirliyi və Afina Bələdiyyəsi tərəfindən XXII Ümumi Yığıncağı keçirilib. Yığıncaqğa “İcma sağlamlığına cavabların gücləndirilməsi, HİV/AİDS, hepatit, vərəm və narkotik asılılığı ilə mübarizədə birləşmişik” mövzusu altında Avropa və Mərkəzi Asiyanın 20 ölkəsindən - Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan, Kipr, Yunanıstan, Macarıstan,  Bolqarıstan, Tacikistan, Türkmənistan, Qığızıstan, Xorvatiya, Estoniya, İtaliya, İrlandiya, Latviya, Lüksemburq, Monako, Şimali Makedoniya və həmçinin Villa Maraini Fondundan gələn ekspertlər, QXQA liderləri, beynəlxalq təşkilat nümayəndələri, həkimlər iştirak ediblər. Məqsəd insan ləyaqətinə, humanitar dəyərlərə və ictimai sağlamlığa birgə sadiqliyi möhkəmləndirmək idi.

Açılış mərasimində ERNA-nın prezidenti Mauro Patti ERNA-nın çox vaxt  kənarda qalan, damğa, qorxu və ya təcridlə yaşayan insanlarla həmrəyliyin simvolu olmağını bildirib. Sonra, Yunanıstan Qırmızı Xaçının prezidenti Antonios Avgerinos, Yunanıstanın Səhiyyə naziri, Ədliyyə Nazirinin baş katibi, Afina merinin müavini, BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsi (UNODC), ÜST və Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin (ECDC) məsul nümayəndələri çıxış edərək regionda dövlət qurumları ilə humanitar təşkilatlar arasında qarşılıqlı əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

ERNA nümayəndələri “ERNA Strategiyas 2035” layihəsinin hazırlanması üçün panel və komitə müzakirələrində iştirak edərək hər Milli Cəmiyyətin öz səhiyyə və sosial siyasətinə ERNA-nın məqsədlərini integrasiya etmək üzrə konkret öhdəliklərini təqdim edib.

Toplantıda Azərbaycan Qızıl Aypara Cəmiyyətini İcma əsaslı Sağlamlıq proqramının mütəxəssisləri, Miqrasiya şöbəsinin əməkdaşı Sona Hacıyeva və proqramın koordinatoru Mətanət Qaraxanova, Cəmiyyətin bu sahədəki fəaliyyəti ilə bağlı əhatəli təqdimatla çıxış etmişdir. Vərəm paneli müzakirəsində isə Cəmiyyətin icma əsaslı qayğı, müalicəyə sadiqlik və psixo-sosial dəstək istiqamətində yenilikçi yanaşmaları barəsində fikirlər bildirmişdilər.