Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Cəbrayıl rayon bölməsinin əməkdaşları şəhid övladının ailəsini ziyarət etdi

Əsas səhifə / XƏBƏRLƏR / Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Cəbrayıl rayon bölməsinin əməkdaşları şəhid övladının ailəsini ziyarət etdi
 Employees of the Jabrayil district branch of the Azerbaijan Red Crescent Society visited the family of a martyr

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Cəbrayıl rayon bölməsinin əməkdaşları və könüllüləri Cəbrayılın 7 saylı qəsəbəsində yaşayan şəhid övladı Aqil İmanovun ailəsini ziyarət ediblər. Sosial həssas kateqoriyaya aid olan ailəyə ərzaq yardımı göstərilib.

Bununla yanaşı, ailənin 1-ci qrup əlilliyi olan övladı üçün dərman alınmasına dəstək məqsədilə rayon bölməsi tərəfindən maddi yardım təqdim edilib.