Bakı şəhəri, 19 noyabr 2025-ci il
2025-ci il noyabrın 19-da Bakı şəhəri Türk Dövlətləri Təşkilatının (TDT) XI Zirvə Görüşündə təsdiq edilmiş Türk Qızıl Aypara Şəbəkəsinin (TQŞ) yüksək səviyyəli toplantısına ev sahibliyi etmişdir. Türk Qızıl Ay Şəbəkəsinə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan milli cəmiyyətləri daxildir. Tədbirə Türkmənistan Qızıl Aypara və Şimali Kipr Qızıl Ay Cəmiyyətləri müşahidə qismində qatılıb.
Tədbir proqramı ulu öndər Heydər Əliyevin Fəxri Xiyabanda məzarını, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinə ehtiram əlaməti olaraq Şəhidlər Xiyabanının və Türk Şəhidliyinin ziyarəti ilə başlamışdır.
TDT-yə üzv dövlətlərin Qızıl Aypara Cəmiyyətlərinin prezidentlər şurasının iştirakı ilə keçirilən görüşdə 2025-ci il üzrə fəaliyyətlərin yekun icmalı aparılmış, həmçinin, 2026-cı il üçün strateji istiqamətlər müəyyənləşdirilmişdir.
Qeyd edək ki, ötən il Bişkek şəhərində keçirilmiş görüş zamanı Türk dövlətlərinin Qızıl Aypara Cəmiyyətlərinin qərarı ilə “Qırmızı Şəbəkə” platforması təsis olunmuş və sədrlik Qırğızıstan Qızıl Aypara Cəmiyyəti tərəfindən həyata keçirilmişdir. Bu il baş tutan növbəti görüşdə sədrlik Azərbaycan Qızıl Aypara Cəmiyyətinə keçmişdir.
Toplantının əsas məqsədi TQŞ-in 2025-ci il üzrə fəaliyyətlərinin geniş təhlilinin aparılması, üzv Milli Cəmiyyətlər arasında humanitar sahədə əməkdaşlıq istiqamətində əldə olunmuş nəticələrin dəyərləndirilməsi və 2026-cı il üçün Fəaliyyət Planının formalaşdırılması olmuşdur. Görüş çərçivəsində qəbul ediləcək qərarlar gələn il həyata keçiriləcək birgə təşəbbüslərə strateji çərçivə verəcəkdir.