Şəmsiyyə Kərimovanın 70 illik yubileyi qeyd olunub

Əsas səhifə / XƏBƏRLƏR / Şəmsiyyə Kərimovanın 70 illik yubileyi qeyd olunub

2025-ci il noyabrın 24-də əməkdar jurnalist , “Yeni Təfəkkür qəzetinin baş redaktoru Şəmsiyyə Kərimovanın Azərbaycan Mətbuat Şurasının akt zalında 70 illik yubileyi qeyd olunub. Bu münasibətlə keçirilən görüşdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbər heyəti iştirak edib. Rəhbər heyəti ona gələcək fəaliyyətində uğurlar və yeni nailiyyətlər arzulayıblar.

Cəmiyyət adından çıxış edən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti, əməkdar jurnalist Qafar Əsgərzadə Cəmiyyətin rəhbərliyi və işçi heyəti adından yubilyarı təbrik edib. Tədbirdə AzQAC-ın vitse prezidentləri  Rövşən Əliyəv və Əziz Qocayev, Prezident ofisinin rəhbəri Seymur Hümbətov, İcraçı katibin müavinləri Şaban Şayev və Elşən Səlimzadə, İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri iştirak ediblər.

Sonda Şəmsiyyə Kərimova göstərilən belə doğma münasibətə görə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanova və AzQAC-ın kollektivinə öz dərin minnətdarlığını bildirib.