2025-ci il 25 noyabr tarixində AzQAC-ın Sumqayıt Regional Mərkəzi Sumqayıt Muğam Mərkəzində artıq 16 ildir ənənə halını almış “Mərhəmətli olmağa tələsin” xeyriyyə aksiyası keçirib. Aksiyanın məqsədi hər iki valideynini itirmiş, tək ananın övladları və fiziki qüsurlu uşaqları mövsümi qış geyimləri ilə təmin etməkdir. Son 5 ildir bu təşəbbüsdən 44 günlük Vətən müharibəsi şəhid və qazi ailələrinin övladları da yararlanır.
Bu ilki aksiya “SOCAR Polymer” MMC, Sumqayıt Tibb Mərkəzi, “Paşa Həyat Sığorta” ASC və “Paşa Sığorta” ASC-nin dəstəyi ilə həyata keçirildi. Tədbirdə uşaqlar üçün alınan qış geyimləri sevinc və ümidi bir daha yaşatdı.
AzQAC-ın Sumqayıt Regional Mərkəzinin koordinatoru Mətanət Məhərrəmova qonaqları salamladı və təşkilat nümayəndələrinə göstərdikləri dəstəyə görə Təşəkkürnamələr təqdim etdi.
Tədbirdə SOCAR Polymer əməkdaşı Şəfiqə Quliyeva,
Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov, Paşa Sığorta əməkdaşı
Gültən Hacıyeva və Sumqayıt Şəhər İH-in məsul işçisi Fərman Kazımov çıxış
edərək uşaqları təbrik etdilər və onlara mənəvi dəstək göstərdilər.
Sonda hazırlanan geyim dəstləri siyahı üzrə uşaqlara
təqdim olundu. Şəhid ailələri, qazilər və digər iştirakçılar göstərilən diqqətə
görə təşəkkürlərini bildirdilər.
Ümumilikdə 200 uşaq aksiyadan yararlandı.