‘’Hər bir töhfə önəmlidir’’ şuarı ilə ‘’Beynəlxalq Könüllülər Günü’’ çərçivəsində keçiriləcək tədbirlərə start verilib

Əsas səhifə / XƏBƏRLƏR / ‘’Hər bir töhfə önəmlidir’’ şuarı ilə ‘’Beynəlxalq Könüllülər Günü’’ çərçivəsində keçiriləcək tədbirlərə start verilib
 The events to be held as part of the "International Volunteer Day" have been launched under the slogan "Every contribution matters."

1985-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının qərarı ilə beynəlxalq səviyyədə ‘’Beynəlxalq Könüllülər Günü’’ təsis edilmişdir. Bu gün könüllülərin əməyi yüksək qiymətləndirilir və könüllülük ruhunun yerli, milli və beynəlxalq səviyyələrdə təşviq olunması məqsədi daşıyır. 2025-ci ilin mövzusu “Hər bir töhfə önəmlidir” olaraq elan edilib.

28 Noyabr 2025-ci il tarixində bu münasibətilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Baş Qəraragahında migrant ailələri arasında “Uşaqların sağlamlığı və hüquqları” və “İlk Yardım vərdişlərinin bilməsinin vacibliyi” mövzularında maarifləndirmə tədbiri keçirildi. AzQAC tərəfindən təşkil edilmiş tədbirin məqsədi həm migrant ailələrinə sağlamlıq sahəsi üzrə lazımı bilik və bacarıqlarının verilməsini, həmçinin, 5 dekabr “Beynəlxalq Könüllülər Günün” münasibətilə tədbirlərə start verilməsidir.

Tədbirin açılışında iştirakçıları AzQAC-ın rəhbərliyi və kollektivi adından salamlayan İcraçı Katibin müavini qeyd edib ki, AzQAC digər mövzularla yanaşı sağlamlığa aid maarifləndirmə işlərinin aparılmasına böyük önəm verir və sağlamlığın təşviqini öz fəaliyyətinin prioritet istiqamətlərindən biri hesab edir. Insanların gündəlik məişət şəraitində tətbiq oluna biləcək bilik və bacarıqlarla təmin edilməsi onların sağlamlıq və təhlükəsizlik səviyyəsinin yüksəldilməsi üçün əhəmiyyət daşıyır. Bu yanaşma xüsusilə miqrant ailələrinin qarşılaşa biləcəyi çətinliklərin azaldılmasına, onların yeni mühitə daha asan uyğunlaşmasına və öz həyat keyfiyyətlərini yaxşılaşdırmasına töhfə verir. Sağlamlıq sahəsində maarifləndirmə, Ilkin Yardım bacarıqları, xəstəliklərin profilaktikası və risklərin tanınması üzrə biliklərin artırılması həm fərdləri, həm də icmaları daha güclü və dayanıqlı edir.

Beləliklə, tədbirdə həkim-könüllü Həmidə Ələfsərova tərəfindən “Uşaqların sağlamlığı və hüquqları”, “Uşaqların düzgün gidalanması” və digər mövzular üzrə dolğun məlumatlar təqdim edildi, miqrant ailələrinin sualları cavablandırıldı, lazımı məsləhələr verildi. “Uşaq sağlamlığının qorunması gündəlik həyatda praktik tətbiqi olan bilik və bacarıqların — düzgün qidalanma, gigiyena, təhlükəsizlik və xəstəliklərin profilaktikası kimi mövzuların — öyrənilməsini xüsusilə vacib edir. Bu biliklər həyati əhəmiyyət daşıyır” deyən Həmidə xanım çıxışını bu sözlərlə yekunlaşdırdı.

Növbəti sözü alan AzQAC-ın ilk yardım üzrə mütəxəssisi Dr. Şahin Biləndərli iştirakçılara üç mövzunun (qanaxmalar və onların dayandırılması yolları, burun qanaxması, yanıqlar) nəzəri izahatlar və praktik nümayişlərlə müşayiət edərək təqdim etdi. Dr. Şahin təqdim olan vərdişlərin hər bir şəraitdə özlərinə və yaxınlarına yardım göstərməyə, həyat xilas etməyə imkan verdiyini qeyd edərək, iştirakçıları ilk yardım üzrə daha ətraflı təqdim oluna biləcək təlimlərə qoşulmağa dəvət etdi.

Bu şüara əsaslanaraq AzQAC hər zaman humanitar missiyanın yerinə yetirilməsinə öz böyük töhfəsini verir.

Tədbirin sonunda miqrant uşaqlara hədiyyələr təqdim olundu.