AzQAC Sumqayıt Regional Mərkəzinin FMKD üzvləri tərəfindən İlk Yardım təlimi keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Sumqayıt Regional Mərkəzinin FMKD üzvləri tərəfindən İlk Yardım təlimi keçirilib
 First aid training was held by members of the Emergency Mobile Volunteers Team of the Sumgait Regional Center of the Azerbaijan Red Crescent Society

2025-ci il noyabrın 28-də Abşeron–Xızı Regional Gənclər və İdman İdarəsi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin birgə təşkilatçılığı ilə İlk Yardım mövzusunda praktik təlim keçirilib. Təlim AzQAC Sumqayıt şəhər bölməsinin FMKD üzvləri tərəfindən həm nəzəri, həm də praktiki şəkildə təqdim olunub.

Təlimdə şəxsi təhlükəsizlik, huşsuz və nəfəs alan şəxslərə yardım, ÜAR (ürək–ağciyər reanimasiyası), tənəffüs yollarının tutulması, qanaxmaların idarə olunması, sınıqlar və zəhərlənmə hallarında ilkin yardım mövzuları əhatə olunub. Tədbirin məqsədi gənclərin ilk yardım və təhlükəsizlik sahəsində bilik və bacarıqlarını artırmaq, həmçinin bu sahədə məsuliyyətli yanaşmanı təşviq etmək olub.

Tədbir zamanı iştirakçı gənclərin fikir və sualları dinlənilib, mövzular üzrə müzakirələr aparılıb.