Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndə heyyəti, CCM-nin
(Ölkə Əlaqələndirmə Komissiyası) 2011-ci ildən bü günə kimi üzvü, “Hyatt
Regency” mehmanxanasının “Şuşa” zalında 1 Dekabr ‘’Ümumdünya QİCS-lə
(Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Günü’’nə həsr olunmuş
konfransda iştirak etdi. Konfrans Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi,
Respublika QİÇS-lə Mübarizə Mərkəzi və Global Fondun təşkilatçılığı ilə həyata
keçirilmişdir.
Hər
il dekabrın 1-i dünyada QİÇS-lə Günü kimi qeyd edilir. İİV (İnsanın
İmmunçatışmamazlığı Virusu) virusunun artım sürəti təqvimdə onunla əlaqədar
beynəlxalq günün ayrılmasına səbəb olub. Həmin gün hər yerdə QİÇS epidemiyası
haqqında, onun bəşəriyyət üçün doğurduğu fəlakətin miqyası, XX əsrin vəbası
hesab olunan infeksiyanın XXI əsrə adlayaraq təhlükə törətməsi barədə
danışılır.
‘’Ümumdünya
QİÇS-lə Mübarizə Günü’’ 1988-ci ildən qeyd edilir. 1981-ci il iyunun 5-də
Amerikada Xəstəliklər Üzərində Nəzarət Mərkəzinin aşkar etdiyi QİÇS
bəşəriyyətin üzləşdiyi ən dəhşətli xəstəliklərdən birinə çevrilib.
“İİV-infeksiyası/QİÇS pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər
sahəsində ən ciddi problemlərindən biridir. Dünyada təxminən 40 milyona yaxın
insan İİV daşıyıcısıdır. QİÇS insanın sonrakı fəaliyyəti nəticəsində
“qazandığı”, bilərəkdən və ya bilməyərəkdən tutulduğu bir bəladır.
IIV/QIÇS-ə
qarşı aparılan mübarizə tədbirlərinə baxmayaraq, onun dünyada, xüsusən də,
Şərqi Avropa və Mərkəzi Asiya (ŞAMA) regionunda yayılması davam etməkdədir.
Azərbaycanda bu infeksiya əsasən İİV-ə yoluxmaya yüksək risk qrupu təşkil edən
şəxslər arasında yayılmışdır.Ölkəmiz ŞAMA regionunda xəstəliyin yayılma göstəricilərinə
görə aşağı olan ölkələrdəndir.
Tədbirdə
məsulnatiqlərin çıxışında ölkədə QİÇS-ə bağlı olan
mövcud vəziyyət, statistic məlumatlar, aparılan tədqiqatlar, profilaktika,
müalicə (ARV dərman preparatların istifadəsi), göstərilən dəstək tədbirləri təqdim
edildi. 2025-ci il noyabr ayının sonuna kimi İİV-ə yeni yoluxma hallarının sayı
1130 nəfər olmuşdur ki, onlardan 1109 nəfəri (98,0%) Azərbaycan vətəndaşı
olmuşdur. İİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarının 74,3%-I kişilər, 25,7%-I
qadınlar olmuşdur. Qeyd edilən dövr ərzində 71 nəfər QİÇS mərhələsinə keçmiş,
20 nəfər isə İİV-infeksiyasından dünyasını dəyişmişdir. Azərbaycan da ilk dəfə
İİV-infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2025-ci ilin noyabr ayının
sonuna kimi, Respublika QİÇS-lə Mübarizə Mərkəzində 11413 Azərbaycan vətəndaşı
rəsmi qeydiyatdadır. Onlardan 71,6%-ni kişilər, 28,4%-ni qadınlar təşkil edir.
Tədbir
zamanı maraqlı müzakirələr aparılmış və verilən suallar mütəxəssislər
tərəfindən cavablandırılmıdır. Qeyd edilmişdir ki, QİÇS-lə mübarizə
tədbirlərindən biri kimi geniş maraifləndirmə, stiqma və diskriminasiyaya qarşı
müvafiq tədbirlərin aparılması tövsiyə olunur. Nəzərə alaraq ki, AzQAC bu aktual
mövzu ilə bağlı 2000-ci ildən bəri dövlət strukturları, müxtəlif ölkə daxili və
xarici donorlarların dəstəyi ilə çoxsaylı tədbirlər təşkil etmiş və
maarifləndirmə sahəsində böyük təcrübəyə malikdir, verilən tövsiyəyə qoşulmağa
və öz töhvəsini verməyə hazırdır.
Konfransdan
sonra, AzQAC-ın nümayəndə heyyəti CCM-in təşkilatçılığı ilə Vərəm üzrə Koalisiyanın
görüşündə iştirak etmişdir. Görüşün əsas məqsədi Vərəmlə bağlı növbəti ildə
tədbirlərin və maliyyə dəstəyinin müzakirə olunması. Qeyd olunmuşdur ki, mövcud
şəraitdə maliyyə dəstəyi azalmaqdadır. Globan Fondun ölkəyə maliyyə yardımının
azalması ilə bağlı olaraq Vərəm üzrə Koalisiyada da maliyyə baxımından
çətinliklər yaranmış. Öna görə də müvafiq tədbirlərin aparılması qərara alındı.
Tədbirdə AzQAC-ın İçraçı katibin müavini Səbinə Məhbubi-İran və Sağlamlıq
proqramının mütəxəssisi, Miqrasiya şöbəsinin əməkdaşı Sona Hacıyeva iştirak
ediblər.